İran Xəzərdə təlimlərə başladı

İran Xəzərdə təlimlərə başladı

İran cümə günü Xəzər dənizində “Dayanıqlı Təhlükəsizlik 1401” hərbi təliminə başlayıb.

AzerTimes-ın məlumatına görə, İran Hərbi Dəniz Qüvvələri komandanının müavini Həmzə Əli Kaviani bildirib ki, İran İslam Respublikası hər il Xəzər dənizində “Davamlı təhlükəsizlik” adlı hərbi təlimlər keçirir.

Onun sözlərinə görə, bu il manevrlərdə raket daşıyan gəmilər, helikopterlər və pilotsuz təyyarələr iştirak edir.

Kaviani bildirib ki, hər il keçirilən təlimlərin məqsədi hərbi birləşmələrin qarşılıqlı fəaliyyətinin işlənib hazırlanması və təcrübə mübadiləsidir.

Teqlər: