İran xarici vətəndaşları girov götürür

İran xarici vətəndaşları girov götürür

İran siyasi məqsədlər üçün xarici vətəndaşları girov götürür və Amerika müttəfiqləri ilə birgə bu hərəkətin kökünü qurutmaq əzmindədir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Qeyd edək ki, hazırda İranda onlarla xarici vətəndaş saxta ittihamlarla həbs edilərək girov qismində saxlanılır.

Buna son nümunə olaraq Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Qabil oğlu Səfərlini göstərmək olar.

O, fevralın 20-də İrana səfərə gedib, martın 4-dən itkin düşüb və barəsində bugünə kimi məlumat almaq mümkün olmayıb.

Teqlər: