İran xalqa divan tutmaq üçün xarici muzdlular gətirir

İran xalqa divan tutmaq üçün xarici muzdlular gətirir

Tehran rejimi İraq, Suriya və Livanda fəaliyyət göstərən bəzi muzdlu silahlı qruplaşma üzvlərini ölkə daxilində hökumət əleyhinə nümayişlərin daha geniş yayıldığı şəhərlərə göndərir.

AzerTimes xəbər verir ki, SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani ölkə daxilində repressiya qüvvələrini gücləndirmək üçün Tehrana bağlı olan Suriyadakı silahlı birləşmələrin bir hissəsini İrana gətirib.

Qeyd edək ki, bundan öncə İsrail mediası İran hökumətinin iraqlı şiələrdən ibarət Həşdi-Şabi və əfqanlardan ibarət “Fatimiyyun” silahlı qruplaşma üzvlərinin repressiya əməliyyatlarına cəlb edildiyini və 2 əfqanistanlı muzdlunun Qərbi Azərbaycan əyalətinin Bukan şəhərində etirazçılar tərəfindən öldürüldüyünü bildirmişdi.

Teqlər: