İran vətəndaşlarına müraciət etdi: Canınızı qurtarın!

İran vətəndaşlarına müraciət etdi: Canınızı qurtarın!

İranın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə edib və bu ölkədə olanları təcili şəkildə Ukraynanı tərk etməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuatı xidməti məlumat yayıb.

“Ukraynada hərbi toqquşmaların artması ilə əlaqədar bütün İran vətəndaşlarına bu ölkəyə səfərdən çəkinmələri tövsiyə olunur. Hazırda Ukraynada olan vətəndaşlar da öz təhlükəsizliyini təmin etmək və canlarını qurtarmaq üçün ölkəni tərk etməlidirlər”, – məlumatda deyilir.

Teqlər: