İran vətəndaşı Ermənistanda qəza törətdi: ölən var

İran vətəndaşı Ermənistanda qəza törətdi: ölən var

Ermənistanın Araqatson vilayətində avtomobil qəzası baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata görə, Çaxkaovit-Spitak yolunun 19-cu kilometrliyində Ermənistan vətəndaşının idarə etdiyi “Volksvagen Passat” markalı avtomoillə İran vətəndaşının idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində Ermənistan vətəndaşı yerindəcə ölüb.

Teqlər: