İran Prezidenti İbrahim Rəisi və Serbiya Prezidenti Aleksandar
Vuçiç arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, telefon danışığı zamanı İ.Rəisi iki ölkə
arasında əlaqələrin daha da genişlənməsinə səbəb ola biləcək mövcud
potensiala diqqət çəkib.
Eyni zamanda İ.Rəisi serbiyalı həmkarını ikitərəfli
münasibətləri müzakirə etmək üçün İrana səfər etməyə dəvət
edib.
A.Vuçiç də öz növbəsində İ.Rəisini Ramazan bayramı münasibətilə
təbrik edib və əlaqələri genişləndirməyə çağırıb.