İran və Çin müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər

İran və Çin müdafiə sahəsində əməkdaşlığı gücləndirməyin
zərurili barədə razılığa gəliblər.

Trend “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, bunu
İran Silahlı Qüvvələrinin Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri
Çinin müdafiə naziri Vey Fenhenin Tehrana səfəri çərçivəsində
deyib.

“Çinin müdafiə naziri ilə görüşdə biz birgə hərbi təlimlər,
əməliyyat təcrübəsi mübadiləsi və iki ölkənin hərbçiləri arasında
digər birgə fəaliyyətlərdə ikitərəfli əməkdaşlığı genişləndirmək
barədə razılığa gəldik. Beləliklə, biz hər iki ölkə üçün daha çox
təhlükəsizliyi təmin edə biləcəyik”, – deyə Qərargah rəisi
bildirib.

Öz növbəsində İran prezidenti İbrahim Rəisi Vey Fenhe ilə
görüşdə İran-Çin münasibətlərini strateji adlandırıb. Eyni zamanda
o, Tehran və Pekin arasında 25 il müddətinə əməkdaşlıq haqqında
sazişi xatırladıb.