İran təhdid etdi: Neft ixracımız əngəllənərsə…

İran təhdid etdi: Neft ixracımız əngəllənərsə…

İranın neft ixracı əngəllənərsə, Tehran da neftin regiondan tranzitinə icazə verməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə SEPAH-a bağlı “Cevan” qəzeti məlumat yayıb.

“İndi təkəbbürlü qüvvələr təhdid dilində danışırlar və düşünürlər ki, Tehranda hələ də təhdid olunmaqdan qorxan insanlar var. Artıq vurub qaçmaq dövrü başa çatıb. İstənilən təcavüzə qarşılıq veriləcək və layiqincə cəzalandırılacaq. Düşmən bunu açıq şəkildə bilməlidir. Neft bazarına baxın. Əgər biz neft sata bilməsək, siz də bölgədən neft ala bilməyəcəksiniz”, – məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Yunanıstan ABŞ-ın tələbi ilə İran neftini daşıyan tankeri ələ keçirmişdi. İran da buna qarşılıq olaraq yunanlara aid 2 tankerə əl qoymuşdu.

Teqlər: