İran təəccübləndirdi: Laçın postuna reaksiya yoxdur!

İran təəccübləndirdi: Laçın postuna reaksiya yoxdur!

Laçın yolunda, Ermənistanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsi qurmasına İrandan heç bir reaksiya yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Belə ki, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı bütün məsələlərə reaksiya verən və Ermənistanı “qırmızı xətti” adlandıran İranın hazırkı mövqeyi yaxşı mənada təəccüb də yaradıb. Çünki adətən İrandakı rejim və İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycan əleyhinə təbliğatı ilə üzləşirdik, hazırda isə Tehrandan heç bir təxribatçı açıqlama eşidilmir.

“Tehran Zəngəzur dəhlizinin əleyhinə olduğunu gizlətmir, ancaq açıq şəkildə “biz Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsinin və sərhəd-keçid məntəqələrinin yaradılmasının əleyhinəyik” deyə bilməz. Çünki bu, məntiqə ziddir: iki dövlətin öz aralarında sərhəd-keçid məntəqəsi yaratması 3-cü dövlətin reaksiyasına səbəb olmamalıdır. Ona görə də Tehran hələ ki, seyrçi mövqedədir”, – ekspert bildirib.

E.Şahinoğlu sərhəd-keçid məntəqəsinin yaradılmasının Azərbaycanın böyük uğuru olduğunu, separatizmin sonunu yaxınlaşdırdığını vurğulayıb:

“Artıq bundan sonra Tehran Ermənistan üzərindən Qarabağa yük daşıya, SEPAH təlimatçıları Azərbaycan ərazisinə daxil ola bilməyəcək”.

Teqlər: