İran silah ixracını 5 dəfə artırdı

İran silah ixracını 5 dəfə artırdı

İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani Tehranın müdafiə təyinatlı məhsullarının istehsalının 3 dəfə, ixracının isə 5 dəfə artdığını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Məlumata görə, nazir bu yaxınlarda İsfahan şəhərinin mərkəzində PUA hücumunun əsas günahkarlarının həbsinə də münasibət bildirib.

O qeyd edib ki, İsfahandakı pilotsuz təyyarə hücumu “İran İslam Respublikasının hakimiyyətinə dözə bilməyən bir düşmən tərəfindən törədilib”.

Xatırladaq ki, Aştiani detallara toxunmayıb. Ancaq hər kəsə bəllidir ki, İranın silah ixracında bu cür rekordunun səbəbi Ermənistana bağışladığı raket və PUA-lar, eyni zamanda Rusiyaya göndərdiyi “Şahid” və “Mücahid” dronlarıdır.

Teqlər: