İran Səudiyyə ilə koalisiya qurur?

İran Səudiyyə ilə koalisiya qurur?

İran, Səudiyyə Ərəbistanı, Pakistan və digər region ölkələri Hind okeanının şimalında dəniz təhlükəsizliyini təmin etmək üçün koalisiya yaratmaq niyyətindədirlər.

AzerTimes xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin rəhbəri kontr-admiral Şəhram İrani deyib.

O qeyd edib ki, bundan əvvəl İran və Oman bir neçə dəniz təlimi keçirib. Eyni zamanda, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və İraq dənizdə əməkdaşlıq etməyə hazırdır.

Teqlər: