Tehran nəticə əldə olunana qədər Ər-Riyadla danışıqlar prosesini davam etdirməyə hazırdır.
AzerTimes-ın məlumatına görə, bunu İran Prezidenti İbrahim Rəisi İraqın baş naziri Mustafa əl-Kazımi ilə telefon danışığı zamanı deyib.
“İran nəticə əldə olunana qədər Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirmək niyyətindədir, lakin Səudiyyə Ərəbistanı buna qarşılıqlı anlaşma və hörmət mühitində hazır olmalıdır”, – deyə İran Prezidenti bildirib.
Onun sözlərinə görə, xarici qüvvələr müdaxilə etməsə, regionun bütün problemləri həll etmək olar.