İran sərhədçiləri terrorçularla atışdı: 1 ölü, 2 yaralı

İran sərhədçiləri terrorçularla atışdı: 1 ölü, 2 yaralı

İran Cəkiqur sərhəd məntəqəsindən ölkəyə daxil olmağa çalışan bir qrup terrorçu aşkarladığını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, ölkənin Pakistanla sərhədində qrup üzvləri və sərhəd alayı arasında şiddətli atışma baş verib. Onların ölkəyə daxil olmasına müqavimət göstərilib. Qarşıdurma zamanı qruplaşmasının bir üzvü öldürülüb, ikisi isə yaralansa da, qaçmağı bacarıb. Sərhəd polisi axtarışlara davam edir.

Qeyd edək ki, terror qruplaşmasına məxsus bir avtomobil ələ keçirilib və xeyli miqdarda silah, döyüş sursatı, əl qumbaraları, minalar, partlayıcı maddələr aşkar edilib.

Teqlər: