İran sərhədçiləri ilə Taliban toqquşdu

İran sərhədçiləri ilə Taliban toqquşdu

Əfqanıstanın cənub-qərbindəki Nimruz vilayətində Taliban tərəfdarları ilə İran sərhədçiləri arasında toqquşma olub.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Taliban iranlı sərhədçilərdən birini də saxlayıb.

Taliban hərəkatının nümayəndələri və İran hakimiyyəti toqquşmalarla bağlı məlumatı hələlik şərh etməyiblər.

Qeyd edək ki, bu gün “Ceyş əl-Ədl” silahlı qruplaşmasının polis binasına hücumu böyük qarşıdurmaya səbəb olmuşdu.

Teqlər: