İran səfirliyinə zərbə endirməmişik – İsrail

İran səfirliyinə zərbə endirməmişik – İsrail

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Dəməşqdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinə zərbə endirib, konsulluğa, yaxud səfirliyə deyil…

AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Daniel Haqari deyib.

“Kəşfiyyat məlumatlarına görə, bu, konsulluq, yaxud səfirlik deyil. “Əl-Qüds” Briqadasına məxsus hərbi obyekt olub. Bu obyekt mülki bina kimi maskalanmışdı”, – deyə Haqari bildirib.

Qeyd edək ki, ötən gün İsrailin müdafiə ordusunun Dəməşqdə İran konsulluğuna endirdiyi zərbə nəticəsində 7 SEPAH komandiri həlak olub.

Teqlər: