İran hökuməti silahdaşıma qabiliyyəti olan yüzlərlə PUA-nı Rusiyaya göndərməyə hazırlaşır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
O həmçinin bildirib ki, İran Rusiya hərbçilərinə PUA-lardan istifadə etməyi öyrətməyi planlaşdırır.
Bildirilir ki, Rusiya son vaxtlar Ukraynanın şərqində baş verən şiddətli qarşıdurmalarda xeyli sayda əsgər və sursat itirib.