15 gün əvvəl ailə quran gənclər qəzaya düşdülər: ər öldü

15 gün əvvəl ailə quran gənclər qəzaya düşdülər: ər öldü

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Azərtac-a istinadən xəbər verir ki, faciəli hadisə Qaraməryəm-İsmayıllı yolunda, rayonun Qarakolluq kəndi ərazisində olub. Belə ki, betonqarışdıran maşın qarşı tərəfdən gələn Göyçay rayonunun Alxasava kənd sakini, 1992-ci il təvəllüdlü Şükran Cəfərovun idarə etdiyi VAZ-2104 markalı minik avtomobilinə çırpılıb. Yük avtomobilinin sürücüsü həmin an nəqliyyat vasitəsini dayandıra bilmədiyi üçün betonla dolu maşın VAZ-2104-ün üstündən keçərək faciəyə səbəb olub. Hadisə zamanı minik avtomobilinin sürücüsü Şükran Cəfərov aldığı ağır xəsarətlər səbəbindən ölüb, həyat yoldaşı isə yaralanıb və xəstəxanaya aparılıb.

Məlumata görə, Şükran Cəfərov 15 gün əvvəl ailə həyatı qurubmuş.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Teqlər: