İran Rusiyadan avadanlıq alıb, etirazçılara tətbiq edir

İran Rusiyadan avadanlıq alıb, etirazçılara tətbiq edir

İran Rusiyadan rəqəmsal məkanda müşahidə və senzura, fotoqrafiya avadanlıqları, dinləmə cihazları və yalan detektorları texnologiyaları alır.

AzerTimes xəbər verir ki, bu barədə “Vol Strit Jurnal”ın məqaləsində deyilir.

Məqalə müəllifi iddia edir ki, iki ölkə iki il əvvəl kiber əməkdaşlıq haqqında saziş imzalayıb.

Qeyd olunur ki, əvvəllər Rusiya qaranlıq şəbəkədə (darknet) istifadəsi səbəbindən İrana rəqəmsal hücum texnologiyaları verməkdən ehtiyat etsə də, Ukraynada xüsusi əməliyyat başlayandan sonra vəziyyət dəyişdi və Moskva bu texnologiyanın proqram təminatını ötürməyə başladı.

Toronto Universitetinin Citizen Lab mərkəzinin araşdırmasına görə, İran Rusiyanın “Protey” şirkətindən internet senzura proqramlarını alıb və İranın mobil rabitə provayderi “Ariantel”ə verib.

Bundan əlavə, bildirilir ki, İran hakimiyyəti daxili etirazlar zamanı internet trafikini ləngitmiş və etirazçıların axtarışı və saxlanması üçün müşahidə sistemlərindən istifadə etmişdir.

Teqlər: