Düşmən HİMARS-dan qaçır: logistika zənciri qırıldı

Düşmən HİMARS-dan qaçır: logistika zənciri qırıldı

Ukrayna Silahlı Qüvvələri atışların intensivliyini azaltmaq üçün rusların logistika zəncirini yarır. HİMARS-ın tətbiqindən sonra ruslar logistikanı 90 km uzaqlığa çəkiblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna ordusunun ehtiyatda olan general-mayoru Viktor Yaqun deyib.

“Həqiqətən də biz bu zənciri qırırıq. Aşağı-yuxarı mənzili 80 km-ya çatan HİMARS-ın intensiv tətbiqindən sonra Rusiya ordusunun bütün logistikası raketlərin çatmadığı yerlərə çəkildi. 90 km-dan daha uzağa…” – deyə o bildirib.

Yaqunun sözlərinə görə, bu vəziyyət Rusiya hərbçilərinin döyüş qabiliyyətinə də təsir edib.

Teqlər: