İran Rusiya ilə uçuşları dayandıra bilər

Xəbər - Elnur Bağışov – Trend:

Rusiyada koronavirus (COVID 19) pandemiyasının yayılması ilə əlaqədar İrandan Rusiya və əks istiqamətdə uçuşların dayandırılması ilə əlaqədar təcili qərarın verilməsi istənilir.

AzerTimes-ın məlumatına görə, bu, İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməkinin İranın Koronavirusla Mübarizə Milli Komitəsinə ünvanladığı məktubda qeyd olunur.

Məktubda bildirilir ki, komitənin ictimai-təhlükəsizlik iclasında bu məsələ araşdırılmalı və təcili qərar verilməlidir.

Qeyd edək ki, İranda indiyədək 3,08 milyon nəfər koronavirusa yoluxub, 82,8 min nəfər bu virusdan ölüb və 2,73 milyon nəfər sağalıb.