İran PUA-ları çox effektivdir, Rusiya zavod tikir

İran PUA-ları çox effektivdir, Rusiya zavod tikir

Rusiyanın İran və Çinlə əməkdaşlıq edərək dron istehsal etmək üçün zavod tikdiyi göz qabağındadır.

Bu sözləri AzerTimes-a rusiyalı siyasi şərhçi Sergey Markov Rusiyanın Çinlə birgə dron zavodu tikməsi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

O bildirib ki, İran dronları öz gücünü döyüşlərdə göstərib, Çin istehsalı olan dronlar haqqında isə dəqiq fikir demək olmur:

“İran dronlarının güclü tərəfi odur ki, onlar özlərini döyüşdə yaxşı göstəriblər. Muasir muharibə üçün ucuz və çox effektivdirlər. Əminəm ki, Rusiyanın dron sənayesində İran mütəxəssisləri məsləhətləşmələrdə iştirak edir. Orada çox məxfi məsləhətləşmələr gedir. Həm Rusiya, həm İran bunu inkar edirlər. Amma muasir dünyada kim düzünü deyir ki! Amerikalılara, ya avropalılara həqiqəti yalnız dəli deyə bilər. Ona görə ki, onlar demək olar, həmişə yalan danışırlar”, – o bildirib.

Teqlər: