İran parlamentinin sədri Rusiyaya səfər edəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf gələn həftə Rusiyaya səfər edəcək.

AzerTimes-ın məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

Səfər çərçivəsində parlament sədri Rusiya parlamentinin və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşəcək.

Səfər zamanı Rusiyanın “Sputnik V” koronavirus vaksininin İrana tədarükü məsələsinin müzakirəsi nəzərdə tutulub.