İran ordusu və SEPAH birgə irimiqyaslı təlimə başladı

İran ordusu və SEPAH birgə irimiqyaslı təlimə başladı

İranın ordu qüvvələri və SEPAH ölkənin bəzi bölgələrində hava hücumundan müdafiə təlimlərinə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“İran ordusu və SEPAH-ın hava hücumundan müdafiə bölmələri “Modafean Aseman Velayat 1401” (“Vilayət 1401 səmasının gözətçiləri”) kod adlı irimiqyaslı hərbi təlimlər keçirir”, – məlumatda deyilir.

Hərbi təlimlərin mətbuat katibi, ikinci briqada generalı Əmir Abbas Fərəcpur bildirib ki, təlimlərin məqsədi düşmənin ölkə səmasına təhdidlərinə qarşı müdafiəni gücləndirmək, ölkənin həssas və həyati əhəmiyyətli mərkəzlərini hərtərəfli qorumaqdır.

Qeyd edək ki, “Vilayət 1401 səmasının gözətçiləri” manevrləri sonuncu dəfə 2021-ci ilin oktyabrında baş tutub.

Teqlər: