İran nüvə obyektindəki qəzanının terakt nəticəsində baş verdiyini bildirib

İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nətənz nüvə obyektində elektrik şəbəkəsindəki qəza terror aktı nəticəsində baş verib.

AzerTimes-ın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbək Salehi deyib.

O bildirib: “İran bu çirkin aktı qınayır və beynəlxalq cəmiyyətə və AEBA-ya nüvə terrorizminin bu cür təzahürləri ilə mübarizə aparmaq lazım olduğunu xatırladır”.

Əli Əkbər Salehi əlavə edib ki, İran hadisəyə görə məsuliyyət daşıyanlara qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.