İran mediası ermənilərin təxribatına haqq qazandırdı

İran mediası ermənilərin təxribatına haqq qazandırdı

İran mediası Xankəndidə erməni vətəndaşlarımızın “ərzaq qıtlığı” şousunu Ermənistanın maraqlarına uyğun formada işıqlandırıb.

AzerTimes xəbər verir ki, İSNA və İRNA xəbər agentliklərində dərc edilən yazılarda Azərbaycan tərəfinin erməniləri blokadaya aldığı, onların ərzaqla təmin edilməsinə əngəllər yaratdığına dair yalan məlumatlar paylaşılıb.

İSNA-nın yaydığı məlumatda Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan erməniləri humanitar yardımlardan məhrum etdiyi iddia edilib.

“Bakı beynəlxalq təşkilatların narahatlıqlarına baxmayaraq, “Dağlıq Qarabağ” bölgəsinə gedən yeganə yol olan Laçın keçidini bağlayıb”, – məlumatda bildirib.

İranın dövlət xəbər agentliyi olan İRNA da oxşar material dərc edərək, Azərbaycan hökumətinin erməniləri blokadaya aldığını yazıb:

“Azərbaycan Respublikası Laçın-Xankəndi yolunu kəsərək, Qarabağın mərkəzində yaşayan erməniləri mühasirəyə alaraq, həmin bölgə erməniləri üçün humanitar böhran şəraiti yaradıb”.

Materialın davamında qeyd edilib ki, Ermənistan hökumətinin iki mərhələdə ermənilərə lazım olan ərzaq, dərman və zəruri əşyaları daşıyan yük maşınları Qarabağın mərkəzinə göndərilib:

“Lakin Azərbaycan Respublikası maneə yaratdığı üçün bu maşınların yükü iki ölkənin sərhədində ilişib qalıb”.

İran mətbuatının məsələyə bu cür yanaşması isə sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutmasına bəraət qazandırmağa hesablanıb.

Teqlər: