İran kinosunun simvolu olan azərbaycanlı aktyor

İran kinosunun simvolu olan azərbaycanlı aktyor

Bu gün İran kinosunun simvollarından olan Güney azərbaycanlı aktyor Rza Nacinin doğum günüdür.

AzerTimes xəbər verir ki, Rza Naci kimi tanınan Məhəmmədrza Əmir Naci 1942-ci il dekabrın 26-da Təbrizdə anadan olub.

O, daha çox “Göyün uşaqları”, “Sərçələrin nəğməsi”, “Yağış”, “Çəmənlikdə külək əsir”, “Turunc” və başqa bədii filmlərdə ifa etdiyi rollarına görə İran kinosunun tanınmış simalarından birinə çevrilib.

İran və beynəlxalq film festivallarında dəfələrlə mükafatlandırılan Rza Naci 2008-ci ildə Berlin Film Festivalında “ən yaxşı aktyor” nominasiyası üzrə “Gümüş Ayı” mükafatını alaraq şöhrətinin zirvəsinə çatıb. O, İran aktyorları arasında nüfuzlu “Gümüş Ayı” mükafatını alan ilk sənətçidir.

Təbrizdə “29 Bəhmən” kino kompleksində Rza Nacinin şərəfinə kinoteatrlardan birinə “Naci” adı verilib.

Hazırda Tehranda yaşayan 80 yaşlı tanınmış azərbaycanlı sənətçi fəaliyyətini davam etdirir.

Teqlər: