İran israr edir: İŞİD-in “dəst-xətti” deyil

İran israr edir: İŞİD-in “dəst-xətti” deyil

Kirmanda Süleymaninin ildönümündə törədilən terakt sionist rejim tərəfindən planlaşdırılıb və İŞİD-in köməyi ilə həyata keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim”in yaydığı təhlildə bildirilib.

Qeyd edilib ki, əməliyyatın həyata keçirilməsindən bir neçə saat sonra İsrail İŞİD qruplaşmasına məsuliyyəti öz üzərinə götürməyi əmr edib:

“İŞİD-in məsuliyyəti üzərinə götürən bəyanatı heç vaxt 30 saat gecikmə ilə verilmir. Bu qruplaşmanın əməliyyat keçirmə üsulu belədir: əvvəlcə təhdid etmək, sonra fitva vermək, sonra icra etmək və dərhal məsuliyyəti üzərinə götürən bəyanat yaymaq. Bu əməliyyatda isə əvvəl terror aktı həyata keçirildi, sonra fitva, sonda hədə-qorxu və 30 saat sonra bəyanat verildi”.

Həmçinin bu bəyanatda terrorçuların siyasi ritorikadan istifadə etdiyi və bunun İŞİD-in normal ritorikasından əsaslı şəkildə fərqləndiyi iddia edilib:

“İŞİD-in məsuliyyəti öz üzərinə götürməkdə gecikdiyi teraktın bəyanatını sionist rejimin kəşfiyyat xidməti hazırlayıb və İŞİD qruplaşması bunu yalnız rəsmi media vasitəsilə yayımlamaqda məsuliyyət daşıyıb”.

Digər tərəfdən, radikal qruplaşmanın əvvəlki bəyanatlarında İranı “Blad Fars” və ya “Xorasan vilayəti” adlandırdığına, lakin bu dəfə “İran” sözünü işlətdiyinə diqqət çəkilib. Öldürülən terrorçunun şəklinin solğun şəkildə dərc olunmasının da İŞİD üslubuna uyğun olmadığı bildirilib:

“İsrailin bütün bu hərəkətləri hər şeydən əvvəl öz əməlinin nəticələrindən qorxduğunu göstərir və eyni zamanda terrorçu İŞİD qruplaşmasının əslində sionist rejimin aləti olduğunu sübut edir”.

Teqlər: