İran indiyə qədər 420 milyon dollarlıq vaksin alıb

Xəbər - Elnur Bağışov Trend:

İranın bu il fevralın 3-dən bəri idxal etdiyi “COVID 19” əleyhinə vaksinin ümumi dəyəri 421 mlyon dollar olub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Gömrük Administrasiyası baş direktorunun müavini Mehrdad Camal Ərvənəqi deyib.

M.C.Ərvənəqinin sözlərinə görə, Çindən idxal olunan “Sinofarm” vaksininin hər bir dozası 9,2 dollar, “Astrazeneca” vaksininin hər bir dozası 4 dollar, Yaponiyadan idxal olunan “Astrazeneca” vaksininin hər bir dozası 4 dollar, İtaliyadan idxal olunan “Covax” vaksininin hər bir dozası 4 dollara başa gəlib.

O əlavə edib ki, Rusiyadan idxal olunan “Sputnik V” vaksininin hər bir dozası 10 dollar, Rusiyadan idxal olunan “Astrazeneca” vaksininin hər bir dozası 6,5 dollar, Cənubi Koreyadan idxal olunan “Covax” vaksininin hər bir dozası 4 dollar, Avstriyadan idxal olunan “Astrazeneca” vaksininin hər bir dozası 4 dollar, Hindistandan idxal olunan “Bharat” vaksininin hər bir dozası isə 14,5 dollar olub.


Qeyd edək ki, bu günədək İrana təxminən 49,8 milyon doza COVID-19 əleyhinə vaksin idxal olunub.

İranda ötən günədək 5,27 milyon nəfər koronavirusa yoluxub, 113 min nəfər bu virusdan ölüb.