İran hücum edəcək, döyüşə hazır vəziyyətdəyik – İsrail

İran hücum edəcək, döyüşə hazır vəziyyətdəyik – İsrail

İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətdədir, onlarla təyyarə səmadadır və ABŞ ilə sıx koordinasiyadayıq.

AzerTimes xəbər verir ki, bunu jurnalistlərə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.

O bildirib ki, İsrail ordusu bu həftə vəziyyəti qiymətləndirib və İrandan hücuma hazırlaşmaq planlarını təsdiqləyib:

“İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətdədir və səmada onlarla təyyarə var. Biz strateji tərəfdaşlarımızla, ilk növbədə ABŞ-la vəziyyəti qiymətləndiririk və onlarla sıx koordinasiyadayıq”.

Teqlər: