İran Hizbullaha raketləri Avropadan ötürür – Şok

İran Hizbullaha raketləri Avropadan ötürür – Şok

İran Suriya vasitəsilə Livan Hizbullahına silah daşımazdan əvvəl gəmilərin məqsədini ört-basdır etmək və gizlətmək üçün Avropa limanlarından istifadə edir.

AzerTimes xəbər verir ki, bu barədə “Teleqraf” nəşri İsraildəki yüksək səviyyəli kəşfiyyat mənbəsinə istinadla məlumat yayıb.

“Livanın Hizbullah terror qruplaşması Belçika, İspaniya və İtaliya limanlarına yanaşmış gəmilərdən raket və bombalar alıb”, – məlumatda bildirilib.

İran hökumətinin Hizbullaha göndərdiyi silah və digər mallar hazırda Belçika, İspaniya və İtaliyanın Antverpen, Valensiya və Ravenna limanları vasitəsilə daşınır. Bu gəmilər Suriyanın Latakiya limanına gedir, daha sonra Livanın cənubuna göndərilir.

“Bu daşınmaları Avropa vasitəsilə həyata keçirmək daşınmaların təyinatını, mənbəyini gizlətməyə, onların ört-basdır edilməsi üçün sənəd və konteynerlərin dəyişdirilməsinə kömək edir”,- israilli mənbə qeyd edib.

O, bu prosesin 3 il əvvəl başladığını deyib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin İraq vasitəsilə quru sərhəddən Suriyaya daxil olan yükləri hədəf almağa başlamasından sonra İran dəniz yolu ilə silah göndərməyə başlayıb.

Teqlər: