HƏMAS-ın silah və hərbi texnikasının 93 faizi İran tərəfindən təmin olunur.
AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
O bildirib ki, bu səbəbdən Tehran hökumətinə qarşı daha ağır sanksiyalar tətbiq edilməlidir:
“HƏMAS və İsrail arasında müharibənin bölgəyə sirayət etmə təhlükəsi realdır. İsrail və qonşuları arasında dialoqun davam etdirilməsinə çağırıram”, – o əlavə edib.