İran helikopteri İraqla sərhəddə qəzaya uğradı

İran helikopteri İraqla sərhəddə qəzaya uğradı

İranın Kirmanşah əyalətində, İraqla sərhəddə göyərtəsində polis əməkdaşlarının olduğu helikopter qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə İran dövlət televiziyasının məlumatında deyilir.

Qəza nəticəsində aralarında Kirmanşah Polis İdarəsinin rəisi, general Mehdi Hacıyanın da olduğu 5 polis əməkdaşı yüngül xəsarət alıb.

Məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

Teqlər: