İran Fransaya etiraz notası göndərdi

İran Fransaya etiraz notası göndərdi

İran Xarici İşlər Nazirliyi Parisdəki diplomatik səfirliyinə hücumla əlaqədar həm Fransanın Tehrandakı səfirliyinə, həm də Parisdəki səfirliyi ilə Fransaya etiraz notası göndərib.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün (11 sentyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.

“İran Parisdəki diplomatik nümayəndəliyinə hücumu qətiyyətlə pisləyir. Diplomatik quruma hücum səfirliyin konsulluq şöbəsinin işinə müdaxilə cəhdi və konsulluq xidməti almaq üçün diplomatik nümayəndəliyə müraciət edən vətəndaşların hüquqlarına qəsddir”, – deyə o qeyd edib.

Kənani səfirliyə hücum ehtimalı ilə bağlı bir neçə gün əvvəl Fransaya və bəzi Avropa ölkələrinin hakimiyyət orqanlarına xəbərdarlıq edildiyini xatırladıb.

Qeyd edək ki, sentyabrın 9-da naməlum şəxs İranın Parisdəki səfirliyinin konsulluq şöbəsinin yerləşdiyi arxa qapını yandırıb. Ertəsi gün İslam Respublikasının diplomatik missiyasının öz işini bərpa etdiyini bildirilib. Hücum edən şəxsin səfirliyin qapısına “Molotov kokteyl”i atdığı məlum olub.

Xatırladaq ki, bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin 1 əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb.

Teqlər: