İranın Xəzər dənizi sahilində yerləşən Gülüstan əyalətində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ saat 22:04 radələrində Gülüstan əyalətinin Gümüş təpə bölgəsində yerin 10 kilometr dərinliyində baş verib.
Yeraltı təkan ətraf rayonlarda da hiss olunub.
Ölən, yaralanan və dağıntılar haqqında hələlik məlumat yoxdur.