Maqistraturaya veriləcək sənədlər onlayn qəbul ediləcək

Maqistraturaya veriləcək sənədlər onlayn qəbul ediləcək

2020/2021-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul olunanların sənədləri onlayn formada qəbul ediləcək. Bununla bağlı Nazirliyi müvafiq olaraq universitetlərə qəbul olunanların qeydiyyat məsələsinin təşkil olunması ilə bağlı məktub ünvanlayıb.

Bu barədə Bakı Avrasiya Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli məlumat verib.

Belə ki, koronovirus infeksiyası ilə bağlı ölkəmizdə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat prosesi onlayn formada keçiriləcək. Qəbul olunan şəxslər 2020-ci il iyunun 6-dan 15-dək tələb olunan sənədləri Avrasiya Universitetinin info@baau.edu.az e-mail ünvanına göndərə bilərlər. Sənədlər skan və ya mobil telofonla effekli çəkilmiş formada göndərilə bilər.