İran daha bir ölkədə müharibəyə qarışıb – ABŞ

İran daha bir ölkədə müharibəyə qarışıb – ABŞ

ABŞ İranın Sudan vətəndaş müharibəsindəki rolundan narahatlıq keçirir.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinn nümayəndəsi Con Qodfri deyib.

“İran və Sudan münasibətlərinin bərpa olunduğuna dair məlumatlar var. İran hətta Sudanın Silahlı Qüvvələrinə maddi dəstək verir. Əslində, bu çox ciddi problemlidir və bizim üçün dərin narahatlıq doğurur”, – o bildirib.

Qeyd edək ki, Sudanda baş verən vətəndaş müharibəsində Sudan ordusunun rəhbəri Əbdül Fəttah əl-Bərhan keçmiş müavininin komandanlıq etdiyi Çevik Dəstək Qüvvələrinə qarşı mübarizə aparır.

Teqlər: