İran, Çin və Rusiya birləşsə… – Solovyov

İran, Çin və Rusiya birləşsə… – Solovyov

Hazırda bir çox proses Rusiyanın lehinə işləməyə başlayıb. Geosiyasi prosseslər və dünyanın qarşılaşdığı iqtisadi vəziyyət böyük güclərin ortaq hədəfə görə bir araya gəlmələrinə səbəb olur.

AzerTimes xəbər verir ki, bu sözləri tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov deyib.

“Hazırda Qərb Rusiyanı yox etmək üzərində işləyir. Bütün Rusiyanı az da olsa dəstəkləyən, köməklik edən dövlətlər də Qərbin “qara siyahı”sına düşür. Bu, ilk növbədə Çin və İrandır. Əgər İran, Çin və Rusiya birləşsə, hadisələr tam başqa məcrada cərəyan edəcək. Qərb bizdən savayı bu iki dövlətə qarşı da sərt sanksiyalar tətbiq edir. Bunu unutmayın. Yanımızda Belarus da var…” – deyə o qeyd edib.

Teqlər: