İran BMT-də bu şuraya sədrliyə başladı – Etiraz

İran BMT-də bu şuraya sədrliyə başladı – Etiraz

İran noyabrın 2-dən BMT-nin İnsan Haqları Şurasına sədrlik edəcək. Bu, hüquq müdafiəçilərinin hiddətinə səbəb olub. Onlar iddia edirlər ki, bu ölkədəki repressiyalar, işgəncələr və edamlar İranın bu yeri tutmasına imkan verə bilməz.

AzerTimes xəbər verir ki, bu barədə BMT-nin fəaliyyətinə nəzarət edən “UN Vatch” qeyri-hökumət təşkilatı məlumat yayıb.

Bununla bağlı təşkilat BMT-ni forumda İranın sədrliyini ləğv etməyə çağıran petisiya yaradıb. Petisiya artıq dünya üzrə 100 mindən çox insan tərəfindən imzalanıb.

“BMT-dəki bütün demokratiyaların qurumun təməl prinsiplərini pozan qatil rejimləri qanuniləşdirməsini dayandırmağın və günahkarları məsuliyyətə cəlb etməyə başlamasının vaxtı çatıb”, – təşkilaştın direktoru Gillel Noyer bildirib.

Teqlər: