İran bizi primitiv səviyyədə aldatmaq istəyirdi – Video

İran bizi primitiv səviyyədə aldatmaq istəyirdi – Video

Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük.

AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına 10 yanvarda verdiyi müsahibəsində deyib.

“Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər. Biz haradan öyrənmişik ki, indiyə qədər 20-yə yaxın İran vətəndaşı oraya qanunsuz girib? Onların bütün pasportları da var. Bu haqda da bizə hər hansı bir izahat verilməyib. Yəni biz hər şeyi görürdük, hər şeyi bilirdik”, – Prezident bildirib.

Teqlər: