İran hakimiyyəti 24 ABŞ vətəndaşını terrorizmə və insan haqları
pozuntularına dəstək verdiyi üçün sanksiya siyahısına əlavə
edib.
AzerTimes-ın məlumatına görə, bu barədə İran Xarici İşlər
Nazirliyinin bəyanatında deyilir.
“Bu şəxslər <…> İran xalqına və hökumətinə qarşı ABŞ-ın
birtərəfli qeyri-qanuni sanksiyalarının tətbiqində, terror
qruplaşmalarının və terror aktlarının maliyyələşdirilməsində və
dəstəklənməsində iştirak edirlər <…>. Bu hərəkətlər
beynəlxalq hüququn fundamental prinsiplərinin və insan hüquqlarının
pozulmasıdır və insanlığa qarşı cinayətin bariz nümunəsidir”, –
deyə bəyanatda bildirilir.
Qeyd edək ki, sanksiya siyahısına daxil edilən şəxslərin
əksəriyyəti Donald Trampın prezidentliyi dövründə ABŞ dövlət
qurumlarında çalışıb.