İran Belarusa 45 min avtomobil göndərir

İran Belarusa 45 min avtomobil göndərir

İran tərəfi yaxın üç il ərzində Belarusa 45 min avtomobil tədarük edəcək.

AzerTimes xəbər verir ki, bunu İranın ticarət, sənaye və mədən naziri Seyid Rza Fatemi Əmin bildirib.

“İmzalanmış müqaviləyə əsasən, yaxın üç ildə Belarusa 45 min avtomobil ixrac ediləcək”, – iranlı nazir deyib.

Qeyd edək ki, ötən il Belarus və İran arasında qarşılıqlı ticarət dövriyyəsi 100 milyon dolları ötüb ki, bu da 2021-ci illə müqayisədə təxminən üç dəfə çoxdur. Eyni zamanda Belarusun İrana ixracı təxminən altı dəfə artaraq 81,3 milyon dollar təşkil edib.

Teqlər: