İranın Mədəniyyət və İrşad Nazirliyi Güney Azərbaycanın Zəncan şəhərində keçirilməsi planlaşdırılan “İran türkdillilərinin milli ənənəvi ritual festivalı” adlı mədəni tədbirin keçirilməsinə dair icazəni ləğv edib.
AzerTimes xəbər verir ki, bu barədə zəncanlı sosial media fəalları paylaşım ediblər.
Məlumatda bildirilib ki, 4 gün müddətinə keçirilməsi planlaşdırılan festivalda Azərbaycan dilində 10 tamaşa, 10 aşıq musiqisinin ifası, türk hekayə və lətifələrinə əsaslanan yerli və ənənəvi ritual sənətlərinin nümayişi nəzərdə tutulurdu.