Formula 1: 2024-cü il Azərbaycan Qran-prisinin vaxtı…

Formula 1: 2024-cü il Azərbaycan Qran-prisinin vaxtı…

Formula 1 üzrə 2024-cü il Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb.

AzerTimes yarışın rəsmi saytına istinadən xəbər verir ki, Bakının ev sahibliyi edəcəyi Qran-pri 13-15 sentyabrda təşkil olunacaq.

Ümumilikdə 24 yarışın baş tutacağı mövsümə fevralın 29-da Bəhreyn Qran-prisi ilə start veriləcək. İlin son yarışı isə 6-8 dekabrda Əbu-Dabidə olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi ilk dəfə sentyabra təsadüf edəcək.

Teqlər: