İran Azərbaycana hücum edə bilər? – İsrailli ekspert

İran Azərbaycana hücum edə bilər? – İsrailli ekspert

İsrailli ekspert Raz Tsimt “Oriental Express” analitik nəşrinə açıqlamasında İrandakı vəziyyəti dəyərləndirib.

AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, İran üzrə ixtisaslaşan ekspert hələlik rejim üçün təhlükə olmadığını bildirib:

“Çünki İslam İnqilabı Keşikçiləri Korpusu da daxil olmaqla, hələlik güc strukturlarında parçalanma yoxdur. Ticarətçilər və neftçilərin ayrı-ayrı tətilləri keçirilsə də, geniş sosial təbəqə hələ də etirazlara qoşulmayıb”.

Raz Tsimtin sözlərinə görə, İran rejimi etirazları boğmaq gücündə deyil:

“İrandakı hazırkı etirazlar uzun müddət davam edə bilər”.

İsrailli ekspert İranın anti-Aazərbaycan isteriyasının isə bu ölkənin Qafqazdakı vəziyyətlə bağlı qorxusundan irəli gəldiyini deyib:

“Lakin iki ölkə arasında real toqquşma ehtimalı azdır”.

Teqlər: