İran ABŞ silahlarını ələ keçirdi

İran ABŞ silahlarını ələ keçirdi

İranın cənubunda iğtişaşçılar üçün nəzərdə tutulmuş altı mindən çox Amerika silahından ibarət qaçaqmal partiya ələ keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə İranın Ədliyyə Nazirliyinin Hörmüzqan əyaləti üzrə İdarəsinin rəhbəri Müctəba Qəhrəmani bildirib.

Məlumata görə, bununla bağlı iki nəfər həbs olunub.

“İğtişaşçılar üçün qaçaqmalçılıq yolu ilə gətirilən böyük silah partiyası ölkənin cənub sərhədini keçərkən aşkar edilib və müsadirə edilib”.

Teqlər: