İran ABŞ-ın atom sualtı qayığını geri qaytardı

İran ABŞ-ın atom sualtı qayığını geri qaytardı

İranın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olmağa çalışan ABŞ-ın “Florida” atom sualtı qayığını suyun üzərinə çıxarmağa məcbur edib.

AzerTimes xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Əmir Şəhram İrani deyib.

“Sualtı qayıq tam sakit şəkildə suyun altı ilə Hörmüzə yaxınlaşırdı. İranın “Fateh” sualtı qayığı onu aşkar edərək, suyun üzünə çıxmağa məcbur etdi”, – İrani bildirib.

Onun sözlərinə görə, ABŞ sualtı qayığı İranın ərazi suları yaxınlığında olub. Xəbərdarlıq aldıqdan sonra kursunu dəyişib.

Teqlər: