İran 4 İsrail casusunu edam etdi

İran 4 İsrail casusunu edam etdi

İranda İsrail kəşfiyyatının xeyrinə casusluq etməkdə ittiham olunan 4 nəfər edam edilib.

AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Məhkəmənin qərarı ilə bu gün səhər saatlarında sionist rejimin kəşfiyyat orqanları ilə əməkdaşlıqda ittiham olunan 4 nəfər edam olundu”, – məlumatda qeyd olunub.

Məlumata görə, daha 3 nəfər ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək, adam oğurluğunda və silah saxlamada iştirak etmək ittihamı ilə müvafiq olaraq 5-10 il müddətinə azadlıqdan məhrum edilib.

Teqlər: