İqtisadi Şuranın iclasında inflyasiyanın məqbul səviyyədə saxlanılması müzakirə edilib

Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası
İqtisadi Şurasının 17-18 fevral tarixlərində keçirilən növbəti
iclasında qlobal ərzaq bazarlarında məhsulların qiymətlərində
kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və
onun alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması
məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin
gücləndirilməsi geniş müzakirə olunub.

Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, bu kontekstdə
Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə
saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün
xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar
prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və
əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin
minimallaşdırılması məsələləri əsas diqqət mərkəzində olub.


İclasda yüksək inflyasiyanın qarşısının alınması üçün
makroiqtisadi siyasət və dövlət tənzimlənməsi tədbirləri, idxal
inflyasiyasının məhdudlaşırılması üçün tədbirlər müzakirə
edilib.

Teqlər: