İqtisadi müstəqillik qələbəmizi şərtləndirən faktorlardan idi – Vüqar Bayramov

Xəbər - Elçin Mehdiyev – Trend:

İqtisadi müstəqillik ölkənin əsas uğurlarındandır. Xüsusən, son illər Azərbaycanın xarici borcu limitini tənzimlənməsi iqtisadi müstəqillik baxımdan vacib idi.

Bunu AzerTimes-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, bu il Azərbaycan Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd etdi. Bu qələbənin memarı Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi şanlı Azərbaycan ordusudur:

“Bu qələbəni təmin etmək üçün isə ölkəmizdə və beynəlxalq müstəvidə uzun illərdir ki, böyük hazırlıq işləri görülürdü. Cənubi Qafqaz tarixən həssas bölgə hesab edilir. Bu regionda tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmək üçün beynəlxalq dəstək çox vacibdir. Son illər ərzində aparıcı beynəlxalq təşkilatların bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etməsi də qələbəni təmin edən uğurlar sırasında idi.

Bütün bunlar ilə yanaşı, ölkənin strateji mövqeyi və iqtisadi gücü də əsas faktorlardan hesab olunur. Ordu quruculuğunda iqtisadi potensial əsas amillərdən sayılır. İqtisadi müstəqillik ölkənin əsas uğurlarındandır. Xüsusən, son illər Azərbaycanın xarici borcu limitini tənzimlənməsi iqtisadi müstəqillik baxımdan vacib idi. CEİC Qlobal İnformasiya Bazasının məlumatına görə, 2020-ci ildə xarici borcun nominal ÜDM-də payı Azərbaycanda 20 faiz olduğu halda, Emənistanda hətta nomunal iqtisadiyyatın həcmindən belə çox olub. Bu isə o deməkdir ki, düşmən ölkənin hətta nominal ÜDM-i onun xarici borcunu qaytarmaq üçün kifayət etmir. Bu kontekstdən hər bir zəfər üçün iqtisadi müstəqillik əsas amillərdən biri hesab olunur.

Artıq Azərbaycan quruculuq mərhələsinə qədən qoyub. Əminik ki, işğaldan azad olunmuş torpaqlarımızın bərpa və yenidən qurulması fonunda iqtisadiyyatın diversifikasiyası ilə bağlı islahatlar daha da dərinləşəcək. Zəfərimiz iqtisadiyyatın daha da inkişafı üçün də yeni imkanlar yaradacaq”.

Teqlər: