İqlim təhlükəsizliyi ilə bağlı regional əməkdaşlıq platforması yaradıla bilər

Xəbər - Çingiz Səfərli – Trend:

İqlim təhlükəsizliyi ilə bağlı regional əməkdaşlıq platforması yaradıla bilər.

AzerTimes xəbər verir ki, bu barədə UNEC İqtisadi Forumunda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, iqlim prosesləri sərhəd tanımır. Heç bir ölkə təkbaşına, region ölkələri ilə əməkdaşlıq etmədən bu çağırışların öhdəsindən gələ bilməz.

“İqlim hadisələrinin daha tez müəyyən edilməsi və risklərin əvvəlcədən qiymətləndirilməsi qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradır. Bu baxımdan, region ölkələri ilə informasiya mübadiləsinin daha səmərəli aparılması və təhlükəli hadisələrə qarşı adekvat tədbirlərin seçilməsində ölkələrin dayanıqlılığını təmin etmək üçün erkən xəbərdalıq sisteminin yaradılması istiqamətində regional əməkdaşlıq platformasının yaradılması nəzərdən keçirilir.

Bununla yanaşı, effektiv transsərhəd su idarəçiliyinin təmin edilməsi, region ölkələri arasında iqtisadi və ekoloji faydanın əldə edilməsi baxımından su resurslarının davamlı idarə edilməsi məqsədilə regional əməkdaşlıq platformasının yaradılması maraq doğurur”, – deyə nazir qeyd edib.

Teqlər: